GünAz TV haqqında Güney Azərbaycan Televiziyası (GünAz TV) müstəqil Kütləvi İnformasiya Vasitəsidir və 2004-cü ildə güneyli siyasi mühacir Əhməd Obalı tərəfindən təsis edilib. Telekanal Amerika Birləşmiş Ştatlarının (ABŞ) Çikaqo şəhərindən yayımlanır.
GünAz TV heç bir qrup və ya təşkilata bağlı deyil, Beynəlxalq İnsan Haqları, Bəyannamələr və Konvensiyalar əsasında fəaliyyət göstərir.
Telekanalın öz fəaliyətində rəhbər tutduğu İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsində deyilir:
“Hər bir insan əqidə azadlığı və onu sərbəst ifadə etmək azadlığı hüququna malikdir: bu hüquqa maneəsiz olaraq öz əqidəsində qalmaq azadlığı və istənilən vasitələrlə və dövlət sərhədlərindən asılı olmayaraq, informasiya və ideyalar axtarmaq, almaq və yaymaq azadlığı daxildir”.
GünAz TV 24 saat müxtəlif Satellite vasitəsi ilə Avropa, Yaxın Şərq, Afrikanın şimal hissəsi və Orta Asiyaya çeşitli proqramlar yayımlayır. Eyni zamanda bütün dünyada hər kəs GünAz TV-nin verilişlərini istədiyi vaxt www.gunaz.tv saytından online izləyə bilir.
Fondamental dəyərlər:
- İnsan hüquqları və demokratiyaya inanaraq bu istiqamətdə olan öhdəliklərə əməl etmək;
- Mənəvi-Əxlaqi dəyərlərə sadiq qalmaq;
- Fikir ayrılığına önəm vermək;
- İnformasiyanın azad dövriyyəsinin təmin edilməsi;
- İrqçilik, ayrı-seçkilik və qeyri-bərabərliklə mübarizə;
- Millətlərin hüquq bərabərliyinin təmini uğrunda fəaliyyət göstərmək;
- Sülhsevər olmaq, zorakılığın dayandırılması və məsələlərin dialoq və danışıqlar yolu ilə həllinə inanmaq;
Baxış:
GünAz TV bütün insanların fərdi və ictimai azadlıq, həmçinin hüquq baxımından bərabər olduğuna inanaraq ayrıseçkilik, qeyri-bərabərlik və irqçiliyin olmadığı bir dünya arzulayır.
Hədəflər:
- İranda irqçilik və hökumətin ayrı-seçkilik siyasətinə qarşı dinc və mədəni fəaliyyət;
- Azərbaycan türkləri və İran adlanan coğrafiyanın digər bölgələrində yaşayan türklərin mədəni soyqırımı və dil asimilasyonuna qarşı mübarizə aparmaq;
- İran İslam Cümhuriyyəti hökuməti senzura, yalan və kütləvi informasiya vasitələrinə təzyiqlərlə Azərbaycan və digər türk toplumunda informasiyanın azad dövriyyəsinə mane olduğu üçün, Güney Azərbaycan türklərini maarifləndirmək məqsədi ilə ədalətli informasiya yaymaq;
- Azərbaycan və İrandakı digər türk bölgələrində demokratiya, insan hüquqları, söz və əqidə azadlığını inkişaf etdirmək məqsədi ilə prosesi təhlil etmək və informasiya çatdırmaq.
Day | Members | Gain | % Gain |
---|---|---|---|
July 04, 2024 | 1,045 | +17 | +1.7% |
March 25, 2024 | 1,028 | +7 | +0.7% |
February 03, 2024 | 1,021 | +3 | +0.3% |
December 21, 2023 | 1,018 | +2 | +0.2% |
November 09, 2023 | 1,016 | +8 | +0.8% |
October 09, 2023 | 1,008 | +6 | +0.6% |
September 10, 2023 | 1,002 | +6 | +0.7% |
August 12, 2023 | 996 | 0 | 0.0% |
July 10, 2023 | 996 | +1 | +0.2% |
June 17, 2023 | 995 | +13 | +1.4% |
March 17, 2023 | 982 | +14 | +1.5% |
February 04, 2023 | 968 | +2 | +0.3% |
January 31, 2023 | 966 | +2 | +0.3% |
January 27, 2023 | 964 | +4 | +0.5% |
January 23, 2023 | 960 | +2 | +0.3% |
January 19, 2023 | 958 | -1 | -0.2% |
January 16, 2023 | 959 | +2 | +0.3% |
January 12, 2023 | 957 | +6 | +0.7% |
January 08, 2023 | 951 | -2 | -0.3% |
December 31, 2022 | 953 | +1 | +0.2% |
December 28, 2022 | 952 | +3 | +0.4% |
December 24, 2022 | 949 | +2 | +0.3% |
December 01, 2022 | 947 | +4 | +0.5% |
November 24, 2022 | 943 | +7 | +0.8% |
November 18, 2022 | 936 | +4 | +0.5% |
November 12, 2022 | 932 | +9 | +1.0% |
November 05, 2022 | 923 | +4 | +0.5% |
October 30, 2022 | 919 | +8 | +0.9% |
October 23, 2022 | 911 | +13 | +1.5% |
October 17, 2022 | 898 | +11 | +1.3% |