BAKI-RADİOSU on Clubhouse

BAKI-RADİOSU Clubhouse
473 Members
Updated: May 17, 2024

Description

Diqqət!

🔊Radioda ədəbiyyat söhbətləri, sosial problemlər, dil, ədəbi təhlil və tənqidi söhbətlər həyata keçiriləcək...

🔹Bizim məqsədimiz bilgiləndirmək üzərində qurulur.

🔹Burada mövzudan kənara çıxıldıqda, aqressiv hal yarandıqda anında xəbərdar edilərək söhbətdən kənarlaşdırılacaq.

🔹Radio insana və insanlığa xidmət edəcək bütün mövzulara açıqdır.

🔹Söhbətlər bəlli fikir üzərindən yönləndiriləcək. Ədəb, əxlaq, ciddiyyət tamlığı ilə qorunacaq.

🔹Sevgi üzərində qurulmuş bu birlik dilini bildiyimiz insanalara xidmət edəcək.


✍️Radioda iştirak edən qonaqların və moderatorların nəzərinə:

1. Tanımadığımız kimsəni yuxarı istirakçı otağına qəbul etməsinlər.
2. Qonaqlara söz verdikdə, qonaqlar beş dəqiqədən uzun danışığa yer vermədən fikrlərini tamamlasınlar, şeirə, təhlilə geniş yer veriləcək...
3. Kiməsə söz vermədən mikrafonu yerindən açmasın ikinci dəfə söz verdikdə qısa danışıraq fikirlərini əlavə etsinlər.
4. İki və ya üçüncü dəfə söz istədikdə iki dəfə mikrafonu açıb bağlamaqla işarə edərək yenidən danışığa icazə istəsinlər.
5. Yoldaşlardan kiminsə şeirini, fikrini bəyəndikdə mikrafonu açıb bağlamaqla bəyəndiklərini bildirib, yerdən danışmasınlar.
6. Mübahisə yaratmadan özündən sonrakı qonaqlara sayğılı davransınlar.
7. Proqramı tərk etdikdə rəhbərliyə bildirmədən ayrılmasın, xəbər verdikdən sonra ayrılsınlar. (Özələ mesaj da yaza bilərlər.)
8. Kimsə vacib bir vəziyyət olmadan özəldən mesaj yazıb aparıcının fikrini dağıtmasın.
9. Qonaqlar səsli-küylü olduğu yerdən proqrama qatılmasınlar.
10. Mikrafona ciddi şəkildə diqqət yetirilsin. Tez açıb, tez bağlanılsın.

Not: Bizim proqramımız ədəbiyyat verilişidir, ciddiliyi qorumaq hər bir qonağın özünə və qarşısındakına bəslədiyi dəyərdir!

Program həftə içi tərtib olunur, iştirak etmək istəyən ifaçılar və ədəbiyyatçılardan əvvəlcədən müraciət etmələri xahiş olunur. İstisna hal baş vermədən programa gecikmədən daxil olunsun!

Veriliş həftənin şənbə günü axşam saat 21:00-dan 23:00, 21:00-22:00 qədər həyata keçirilir.

Hörmətlə: Gülnarə İsrafil.

Club "Bakı radiosu" Ədəbiyyat proqramları - "Düşünürəmsə varam"
1. Mikayıl Müşfiqin repressiyası və yaradıcılığı
2. Çağdaş Azərbaycan ədəbiyyatında kitablar
3. Qara yanvar faciəsi
4. Folklorun öyrənilməsi
5. Hərəyə bir hekayə danışaq
6. Müasir ədəbiyyatda aşıq şeirləri
7. Xocalı soyqırımı
8. Xalqımızın çərşənbələr, Novruz ənənəsi
9. Şeirdən səsə
10. Yallılarımızla bayram
11. Cabir Novruzdan bir yarpaq
12. Ədəbiyyatda 44 gün işığında rənglər
13. Sazımız sözümüz
Diqqət!: Tanımadığımız kimsəni yuxarı almırıq
Qonaqlara söz verdikdə, qonaqlar beş dəqiqədən uzun danışığa yer vermir. Söz vermədən yerlərdən mikrafon açılmır. Programa dəvət edilən adamlar iştirak edir.

Last 30 Records

Day Members Gain % Gain
May 17, 2024 473 +3 +0.7%
February 24, 2024 470 +2 +0.5%
January 10, 2024 468 +2 +0.5%
November 27, 2023 466 +1 +0.3%
October 23, 2023 465 +3 +0.7%
September 23, 2023 462 0 0.0%
August 25, 2023 462 +2 +0.5%
July 22, 2023 460 0 0.0%

Charts

Some Club Members

More Clubs